AZ

Salyanda avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb

Salyan rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun rayonun Seyidsadıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Chevrolet" markalı avtomobil yolu keçən kənd sakini, 2016-cı il təvəllüdlü A.A-nı vurub.

Uşaq aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
106
7
far.az

8Mənbələr