AZ

Salyanda maşın 10 yaşlı uşağı vurub öldürdü

Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə saat 18 radələrində Ələt-Astara avtomobil yolunun Salyan rayonu Seyidsadıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Chevrolet" markalı avtomobil yolu keçən kənd sakini, 2016-cı il təvəllüdlü A.Abdullayevi vurub. 10 yaşlı uşaq hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
122
unikal.az

1Mənbələr