AZ

TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı bəyanat yayıbla

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının YaxınŞərqdəki son inkişaflarla bağlı birgə bəyanat yayıblar.

Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bəyanatdadeyilir:

"Türk Dövlətləri Təşkilatına (TDT) Üzv Dövlətlərin Xarici İşlərNazirləri Şurası 7 mart 2026-cı il tarixində İstanbulda çağırıldıvə regional və qlobal inkişaflar, o cümlədən ətraf bölgələrdə insaniztirablarına, ölümlərə və genişmiqyaslı humanitar çağırışlarasəbəb olan mövcud silahlı münaqişə və qarşıdurmaların son zamanlarartması barədə ətraflı məsləhətləşmələr həyata keçirdi.

Nazirlər Yaxın Şərqdə son zamanlar artan zorakılıq və onundağıdıcı nəticələri ilə bağlı dərin narahatlıqlarını ifadə etdilər.Onlar günahsız insanların həyatını təhlükəyə atan və bölgədəsabitliyi pozan bütün hərəkətləri pislədilər.

Nazirlər TDT Üzv Dövlətlərinin təhlükəsizliyinə qarşı hər hansıtəhdidin bütün Təşkilat üçün narahatlıq doğurduğunu vurğuladılar vəgüc tətbiqinin yolverilməzliyini və suverenlik və ərazi bütövlüyükimi universal prinsiplərə riayət etməyin vacibliyini qeydetdilər.

Nazirlər İran İslam Respublikasının ərazisindən TürkiyəRespublikası və mülki obyektlər daxil olmaqla AzərbaycanRespublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyatakeçirilən hücumları qətiyyətlə pislədilər.

Nazirlər regional vəziyyəti daha da ağırlaşdıran və gərginlikcoğrafiyasını genişləndirmə riskini daşıyan bu kimi məsuliyyətsizhərəkətlərin təkrarlanmamasına dair çağırış etdilər.

Nazirlər bu çərçivədə Türkiyə Respublikası və AzərbaycanRespublikasının suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinəgüclü dəstəklərini ifadə etdilər və hər iki ölkənin xalqları vəhökumətləri ilə tam həmrəy olduqlarını bir daha təsdiqlədilər.

Onlar Yaxın Şərqdə sabitliyin bütün region və onun xalqlarınıntərəqqisi və rifahı üçün zəruri olduğunu vurğuladılar.

Nazirlər ziddiyyətlərin beynəlxalq hüquqa və BMT Nizamnaməsininprinsiplərinə uyğun olaraq dialoq vasitəsilə dinc yollarla həllininvacibliyini vurğuladılar.

Onlar eskalasiyanın dərhal azaldılması, qarşıdurmalarındayandırılması və dinc həllə doğru aparan yeganə mümkün yol kimidiplomatiyanın və konstruktiv dialoqun həlledici əhəmiyyətinivurğuladılar. Onlar bütün tərəfləri maksimum təmkin göstərməyə,danışıqlar masasına qayıtmağa və bütün fikir ayrılıqlarının dincdiplomatik vasitələrlə həllinə yönəlmiş xoşməramlı danışıqlardaiştiraka çağırdılar.

Nazirlər qarşıdurmaların davam etməsinin regional sülh vətəhlükəsizliyə birbaşa təhdid yaratdığını vurğuladılar.

Nazirlər həmçinin böhranın qlobal ölçülərini vurğuladılar. Onlarstrateji cəhətdən mühüm olan bu bölgədə uzun müddət davam edənqeyri-sabitliyin beynəlxalq sülh və təhlükəsizlik, o cümlədənqlobal enerji bazarları, ticarət marşrutları, ərzaq təhlükəsizliyivə miqrasiya axınlarında potensial pozulmalar baxımından regionunhüdudlarındankənardakı ölkələrə təsir göstərə biləcək ciddi risklərdaşıdığını qeyd etdilər.

Onlar həmçinin müvafiq BMT qətnamələrinə uyğun olaraq iki dövlətprinsipi əsasında Fələstin münaqişəsinin ədalətli, davamlı vəhərtərəfli həllinə və bu kimi ədalətli və davamlı həllintapılmasına və Fələstin xalqının, xüsusən də Qəzzada üzləşdiyihumanitar iztirablarının aradan qaldırılmasını qarşısına məqsədqoyan beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq edilməsinəsadiqliklərini yenilədilər.

Nazirlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsədvə prinsiplərinə və beynəlxalq hüquqa sarsılmaz sadiqliklərini birdaha təsdiqləyərək, TDT-nin regionda sülhün və sabitliyin bərpasınayönəlmiş bütün həqiqi beynəlxalq səyləri dəstəkləməyə hazırolduğunu bildirdilər.

Nazirlər məsələni diqqətdə saxlamağa və bu və ortaq narahatlıqdoğuran digər əlaqədarməsələlər üzrə TDT çərçivəsində sıxkoordinasiyanı davam etdirməyə razılaşdılar.

Nazirlər qətiyyətlə sülh, dialoq və sabitliyə tərəfdarolduqlarını bildirdilər".

Seçilən
98
30
az.trend.az

10Mənbələr