AZ

ABŞ-ın İranın dron hücumlarını qınayan bəyanatını yüksək qiymətləndiririk - XİN

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin İrantərəfindən Azərbaycan Respublikasının ərazisinə qarşı həyatakeçirilmiş dron hücumlarını qınayan və ölkəmizlə həmrəylik ifadəedən bəyanatını yüksək qiymətləndiririk.

Trend xəbər verirki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin AmerikaBirləşmiş Ştatlarının Dövlət Departamentinin İranın ölkəmizə qarşıdron hücumları ilə bağlı bəyanatına dair şərhində deyilib.

Nazirlik bildirib ki, bu bəyanatla, ABŞ tərəfi öz tərəfdaşlarınaolan dəstəyini bütün dünyaya nümayiş etdirib.

"ABŞ tərəfindən bəyan edilən bu mövqe cari ilin 10 fevraltarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə AmerikaBirləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqındaXartiyanın ruhuna və məzmununa tam uyğundur.

Belə bir gərgin dönəmdə bir çox ölkələr Azərbaycana dəstəyini vəhəmrəyliyini nümayiş etdirib. Biz onların hər birinəminnətdarıq.

Təbii ki, dünyanın ən qüdrətli dövləti olan ABŞ tərəfindəngöstərilən bu dəstəyin xüsusi əhəmiyyəti vardır.

Nümayiş etdirilən prinsipial mövqeyə görə Amerika BirləşmişŞtatlarına təşəkkürümüzü bildiririk", - deyə bildirilib.

Seçilən
123
24
az.trend.az

10Mənbələr