AZ

Sumqayıtda hasar qalmaqalı: Vətəndaşların yolu qanunsuz bağlanıb? VİDEO

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, "1 saylı asfalt-beton zavod" adlanan ərazidə yaşayan sakinlər iddia edirlər ki, əsas giriş-çıxış yolu qanunsuz şəkildə hasarlanıb və gediş-gəliş üçün sadəcə kiçik bir keçid qoyulub.

Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

Sumqayıtda "hasar" qalmaqalı: Vətəndaşların yolu qanunsuz bağlanıb? - VİDEO

Problem bununla da bitmir. Sakinlər ərazidə fəaliyyət göstərən avtoyuma məntəqəsindən də şikayətçidirlər. Bildirirlər ki, sözügedən obyekt fasiləsiz şəkildə işləyir və səs-küydən narahat olurlar.

Sakinlərin sözlərinə görə, ərazini hasarlayan şəxs onlara bildirib ki, qonşulardan birinə məxsus köhnə tikili tövlə sökülməlidir və vətəndaşlar oradan açılan yolla gedib-gəlməlidirlər.

"Deyir ki, ərazi mənimdir, istifadə etməyin. Qurumlar da gəlib baxıb gedirlər. Elə bil, bu adamın qarşısında acizdirlər", - deyə şikayətçi Əşrəf Qasımov narazılığını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
93
oxu.az

1Mənbələr