AZ

Zəhmətkeş xanımları belə sevindirdi... -

Azərbaycanlı bloger Davud Tarverdiyev maraqlı təşəbbüsü ilə diqqət çəkib.Metbuat.az xəbər verir ki, gənc bloger 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə zəhmətkeş süpürgəçi xanımları sevindirib. Belə ki, o küçələrdə çalışan xanımlara gül bağlaması hədiyyə edərək onları bayram münasibətilə təbrik edib. 23 yaşlı Davud Tarverdiyevin bu addımı ətrafdakı insanlar tərəfindən rəğbətlə qarşılanıb. Onun bu təşəbbüsü sosial şəbəkələrdə də müsbət qarşılanaraq nümunəvi davranış kimi qiymətləndirilib. Qeyd edək ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə müxtəlif şəxslər və təşkilatlar tərəfindən xanımlara diqqət və qayğı göstərən aksiyalar keçirilir. Gənc blogerin həyata keçirdiyi bu təşəbbüs də həmin nümunələrdən biri kimi diqqət çəkib.


Seçilən
35
16
metbuat.az

10Mənbələr