AZ

Rusiya futbolu qalmaqallı hakimliklə bir yerdə qayıtdı - İCMAL

Rusiya futbolunda təxminən 3 aylıq fasilə başa çatdı.

"Football-plus.az" xəbər verir ki, meydan sahiblərinin böyük üstünlüyü şəraitində keçən 19-cu tura hakim qərarları damğa vurdu.

Turun açılış və mərkəzi oyununda “Zenit” mövsümün əsas sürprizi “Baltika”nı qəbul etdi. İlk dövrədə beton müdafiəsi ilə ön plana çıxan və son 8 turda cəmi 1 qol buraxan debütant “Qazprom Arena”da da yaxşı müdafiə olundu.

Matçın qırılma anı 75-ci dəqiqəyə təsadüf etdi. Künc zərbəsi zamanı qonaqların başla vurduğu qoldan sonra VAR işə qarışdı. Məlum oldu ki, zərbə anında “Baltika”nın oyunçusu ofsaydda idi və qapıçının önünü kəsirdi. VAR-da çəkilən xətt isə Rusiya futbol ictimaiyyətini iki yerə böldü və müzakirələr indiyə qədər də davam edir. Həvəsdən düşən qonaqlar sonda 1 xalı da əldən verdilər.

Oyun günü 50 yaşı tamam olan Sergey Semak “Zenit”in başında çempionatda 150-ci qələbəsini qazandı. O, turnirin tarixində Yuri Syomin (“Lokomotiv”, 293), Oleq Romantsev (“Spartak”, 199) və Kurban Berdıyevdən (“Rubin”, 164) sonra bir klubun başında 150 qələbə həddinə çatan 4-cü mütəxəssis oldu.

“Akron”un “Orenhburq”la səfər oyununda da Dzbubanın sayılmayan qolunda çəkilən ofsayd xətti birmənalı qarşılanmadı. “Krasnodar”la “Rostov”un duelində təkcə ilk yarıda hakim 3 dəfə monitora dəvət olundu. Meydan sahiblərinin hesabı 2:0 edən qolunun sayılmaması azmış kimi, qonaqların xeyrinə şübhəli penalti də verildi. Amma son çempion özündə güc taparaq 2-ci hissədə qələbə qolunu vurmağa nail oldu. 44-cü dəqiqədən azlıqda oynayan “Lokomotiv”in “Nijni Novqorod”u yendiyi qarşılaşmada qonaqların VAR ilə qazandığı şübhəli penalti də müzakirələrə səbəb oldu.

Maraqlıdı ki, “Loko” premyer-liqada azlıqda qaldığı son 10 matçın heç birində uduzmayıb (5 qələbə, 5 heç-heçə)! Moskva “Dinamo”sundan 4 top cavabsız top buraxan “Krılya Sovetov” səfərdə ardıcıl 6-cı oyunda qol vurmadan uduzmaqla antirekordunu yenilədi.

Turun əsas sürprizi Qroznıda qeydı alındı. “Axmat”a minimal hesabla uduzan ÇSKA ardıcıl 4-cü mövsümdə qış fasiləsindən sonra ilk turda qalib gələ bilmədi. Regionda pilotsuz uçuş aparatlarının yarada biləcəyi təhlükə üzündən iki dəfə təxirə salınan başıbəlalı “Soçi” – “Spartak” matçı, nəhayət, keçirildi.

19-cu tur
Zenit – Baltika 1:0

Luis Enrike, 87.
Zenit: D.Adamov, Mantuan (Drkuşiç, 90+1), Diveyev, Nino, D.Santos, Barrios, Vendel (Yeroxin, 90+5), Qluşenkov (Alip, 90+1), Pedro Enrike, Con (Luis Enrike, 61), Duran (Sobolev, 61).

Krasnodar – Rostov 2:1
Spertsyan, 8. Krivtsov, 73 – Mironov, 45+3-p.
Krasnodar: Aqkatsev, Q.Qonsales (Lenini, 46), Tormena, Kosta, Olasa, Çernikov (Paltsev, 46), Auqusto (Krivtsov, 69), Batçi (Boselli, 74), Spertsyan, Sa (Kobnan, 81), Kordoba.

Axmat - ÇSKA 1:0
Samorodov, 4.
ÇSKA: Akinfeyev, Qayiç, Viktor, Danilov, Rays (Popoviç, 82), Barinov, Kislyak (Alves, 68), Kruqovoy, Kozlov (Musayev, 59), Qlebov (Karmo, 68), Qondu (Voronov, 82).

Lokomotiv - Nijni Novqorod 2:1
Vorobyev, 15. Fasson, 72Olusequn, 69-p.
Lokomotiv: Mitryuşkin, Nenaxov, Morozov, Montes, Fasson, Prutsev, Karpukas, Bakayev (Pinyayev, 63), Batrakov, Rudenko, Vorobyev (Komliçenko, 71).

Soçi - Spartak 2:3
Soldatenkov, 61. İlyin, 90+10-p. - Barko, 22-p. Markinyos, 79. Solari, 90+2.
Spartak: Maksimenko, Vu, Ciku, Denisov (Saus, 84), Umyarov, Zobnin, Markinyos (Litvinov, 87), Solari, Barko (Martins, 81), Fernandeş (L.Qarsiya, 81), Uqalde (Ryabçuk, 81)

Dinamo M – Krılya Sovetov 4:0
Tyukavin, 15. Nqamalyo, 26. Mirançuk, 34. Qladışev, 72.

Dinamo Mh – Rubin 2:1
Ağalarov, 25-p. Masturi, 90-p. – Şabanhacay, 35.

Orenburq – Akron 2:0
Savelyev, 34. Əmircan Gürlük, 71-p.

1. Krasnodar 19 13 4 2 39-13 43
2. Zenit 19 12 6 1 35-12 42
3. Lokomotiv 19 11 7 1 41-24 40
4. ÇSKA 19 11 3 5 30-18 36
5. Baltika 19 9 8 2 24-8 35
6. Spartak 18 8 5 5 26-23 29
7. Axmat 19 7 4 8 23-25 25
8. Dinamo M 19 6 6 7 31-26 24
9. Rubin 19 6 5 8 17-24 23
10. Akron 19 5 6 8 22-28 21
11. Rostov 19 5 6 8 16-22 21
12. Dinamo Mh 19 4 6 9 10-22 18
13. Krılya Sovetov 19 4 5 10 20-37 17
14. Orenburq 19 3 6 10 19-29 15
15. Nijni Novqorod 19 4 2 13 13-30 14
16. Soçi 18 2 3 13 16-41 9

Bombardirlər: Batrakov (Lokomotiv) – 11, Xil (Baltika) – 10, Daku (Rubin), Vorobyev (Lokomotiv), Spertsyan (Krasnodar) – 9.

Oyundan sonra
Sergey Semak, “Zenit”in baş məşqçisi:
“Çətin və vacib qələbə qazandıq. Qol vəziyyətləri o qədər də çox olmadı. İrəlidə yaradıcılığımız istənilən səviyyədə deyildi. Nə qədər hazırlaşmağından asılı olmayaraq, fasilədən sonra ilk oyunlar həmişə çətin keçir. Bu gün bizim üçün yeganə müsbət məqam qalib gəlməyimiz oldu. Xal itiməmək çox vacib idi. Yeni transferlərimiz səviyyəli futbolçular olsa da, hələ çempionatımıza uyğunlaşmadıqları hiss olunur. “Baltika”nın qolunun sayılmadığı epizod çox incədi. Futbolçu qapıçının önünü kəsirsə, deməli, epizodda iştirak edir. “Baltika”nın həmin oyunçusu ofsaydda idi. Qarşı tərəfin üzüntüsünü anlayıram. Mənim də komandamın belə qolu sayılmasaydı, mən də üzülərdim. Ancaq fikrimcə, hakimlər düzgün qərar verdi”.

Murad Musayev, “Krasnodar”ın baş məşqçisi:
“Rostov” fiziki cəhətdən yaxşı hazırlıqlı olan və mübarizə aparmağı sevən komandadı. Erkən qol işimizə yaramadı. Sonradan oyun əsasən uzun ötürmələrlə keçməyə başladı. Qayıdan topları da götürə bilmədik. Bu, bizə uyğun futbol olmadığı üçün çətinlik çəkdik. Ancaq 2-ci hissədə güclü xarakter nümayiş etdirərək rəqibi səhvlərə yol verməyə məcbur etdik. Sonradan meydana çıxanlar da oyunumuzu gücləndirdi. Hakimlik? İlk yarının sonlarında qəribə qərarlar qəbul edildi. Həm qapımıza penalti verilməsini, həm də qolumuzun sayılmamasını anlamadım. İstəməzdim ki, futbol yalnız VAR-dan ibarət olan bir oyuna çevrilsin. Bu, oyunun tempinə, dinamikasına təsir edir. Ümid edirəm ki, hakimlərimiz də futbolçular kimi fasilədən sonra hələ tam formaya düşməyiblər və bu qədər səhv də məhz bundan qaynaqlanır”.
Seçilən
113
1
football-plus.az

2Mənbələr