AZ

MTK ilə sahibkar arasında 200 min manatlıq qalmaqal: "Ölüm olmalıdır ki, reaksiya versinlər?" - VİDEO

Paytaxtın Xətai rayonu, Bulvar küçəsi, 5 ünvanında yerləşən obyektin sahibi və əməkdaşları iddialarla çıxış ediblər. Onlar uzun müddətdir ki, ofisdə dəm qazı və təbii qaz sızmasından zəhərləndiklərini, lakin aidiyyəti qurumların buna göz yumduğunu bildirirlər. Bu barədə Baku TV-nin videomaterialında bildirilib.

 

Şikayətçinin sözlərinə görə, ərazidəki Mənzil-Tikinti Kooperativi (MTK) tərəfindən texnika otağında kombi quraşdırılarkən qaydalar kobud şəkildə pozulub. Nəticədə qaz sızması baş verir və kommunikasiya boşluqları vasitəsilə birbaşa ofisə dolur:

 

"İlyarımdır ki, dəm qazı və təbii qazın sızmasından əziyyət çəkirik. Cihazlarla sızmanı qeydə almışıq, sübutlarımız var. Əməkdaşlarımız dəfələrlə zəhərləniblər, Toksikologiya Mərkəzinə müraciət etmişik, əlimizdə arayışlar var. Hər gün ofisin içində zəhərlənirik, mütləq kimsə ölməlidir ki, reaksiya verilsin?"

 

Obyekt sahibi iddia edir ki, yaranmış problemdən bəzi şəxslər maddi qazanc üçün istifadə edirlər:

 

"Bizi faktiki olaraq şantaj edirlər. Problemi aradan qaldırmaq üçün bizdən 200 min manat pul tələb edirlər. Bildirirlər ki, bu məbləği versək, həmin kombiləri oradan köçürəcəklər".

 

Məsələ ilə bağlı MTK isə səsləndirilən iddiaların tamamilə əsassız olduğunu bildirir. Qurumdan qeyd olunub ki, aidiyyəti dövlət qurumları dəfələrlə əraziyə dəvət olunub, baxış keçirilib və irəli sürülən iddiaların təsdiqini tapmadığı müəyyən edilib.

 

Tarix: 8 Mart 2026, 02:24   
Seçilən
25
2
pravda.az

3Mənbələr