AZ

Netanyahu İrana "çoxlu sürprizlər" vəd edib

İrana qarşı müharibə heç bir güzəşt və kompromis olmadan davam edəcək.

"Far.Az" xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu xalqa müraciətində bildirib.

O, İsrailin Tehranla müharibənin növbəti mərhələsi üçün "çoxlu sürprizlərlə dolu yaxşı düşünülmüş bir planı" olduğunu və bunun İran dövlətində hakimiyyət dəyişikliyinə səbəb ola biləcəyini söyləyib.

Netanyahu həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun üzvlərini silahlarını yerə qoymağa çağırıb: "Siz də bizim diqqətimizdəsiniz. Silahlarını yerə qoyanlara zərər verilməyəcək. Bunu etməyən hər kəs cəzalandırılacaq".

İsrailin baş naziri həmçinin vurğulayıb ki, İrana qarşı hərbi əməliyyat ölkəni bölmək deyil, onu azad etmək məqsədi daşıyır.

Seçilən
18
2
far.az

3Mənbələr