AZ

“Bizi səhv etməyə məcbur elədilər” - Millimizin baş məşqçisi

Azərbaycanın qadın futbolçulardan ibarət komandası dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Macarıstan yığmasının qonağı olub. Matç rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşmadan sonra AFFA-nın mətbuat xidmətinə danışan baş məşqçi Siyasət Əsgərov məğlubiyyəti belə şərh edib:

"Təəssüflər olsun ki, meydanı minimal hesabla məğlub tərk etdik. İlk turdakı uğurlu startdan sonra bu qarşılaşmada da ən azı 1 xal qazanmağı hədəfləmişdik.

Macarıstan yığmasını yaxşı təhlil etmişdik, rəqib komandanın ümumi gücünə və futbolçularının fərdi səviyyəsinə bələd idik. Lakin birinci hissədə bizi səhv etməyə məcbur etdilər və qapımıza yol tapmağı bacardılar".

Mütəxəssis növbəti matçlardan öncə komandada görüləcək işlərə və səhvlərin aradan qaldırılmasına da toxunub:

"Qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə etmək üçün bu görüşdə yol verdiyimiz səhvləri tez bir zamanda analiz edəcəyik. Bu nöqsanları aradan qaldırmaq üçün maksimum səy göstərməliyik".

Seçilən
87
sportinfo.az

1Mənbələr