AZ

Paşinyan Real Ermənistan xəritəsini təbliğ edir

ain.az, Newscenter.az portalına istinadən məlumat verir.

Ermənistan baş naziri N. Paşinyan seçki kampaniyası fonunda regionlara səfərlər edir. Bu səfərlərdə Ermənistanın xəritəsi rozetini yaxasına vurub. Həmçinin xəritə rozetindən vətəndaşlara paylayır. Bununla N. Paşinyan real Ermənistan xəritəsini təbliğ edir. Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Paşinyan Qarabağ məsələsini tam gündəlikdən çıxarıb:"Ermənistan əhalisi uzun illər Ermənistan xəritəsini səhv şəkildə başa düşüb. N. Paşinyan 29.7 min kv.km Ermənistan xəritəsini təbliğ etməklə, "tarixi Ermənistan" bədnam ideologiyasindan imtinanı xalqın nəzərinə çatdırır. Həmçinin Azərbaycana da mesaj verir ki, biz, konkret sərhədlərə çəkilmişik və bunu Konustitusiyada təsbit edəcəyik".Süleyman

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
147
1
newscenter.az

2Mənbələr