AZ

İnsanlar buna görə ipoteka kredit ala bilmir

“İpoteka və Kredit Zəmanət Fondu üzrə kredit limitlərinin bir neçə dəqiqəyə bitməsi bəzən ictimaiyyətdə təəccüb doğurur. Halbuki üç sadə məqamı nəzərə alan adam üçün bu gözlənilən nəticədir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

O, bunun səbəblərini belə izah edib:

“Birincisi, ayrılan vəsaitin həcmidir. İkincisi, müraciət edənlərin sayıdır. Üçüncüsü, elektron sistemlərin sürətidir. Rəsmən bildirilir ki, 5 martda 11:00-da adi ipoteka üzrə müraciətlər başlayanda 9019 nəfər sistemə daxil olub. 

Ayrılmış limit isə cəmi 1522 nəfərin kredit almasına imkan verib.Yəni faktiki olaraq hər 1 kredit yerinə təxminən 6 nəfər müraciət edib.

Güzəştli ipotekada da vəziyyət eynidir. 4369 nəfər müraciət edib, amma limit 643 nəfər üçün kifayət edib. Yəni burada da təxminən 7 nəfər 1 yer uğrunda müraciət edib.

Üstəlik proses elektron sistem üzərindən aparılır və bir neçə seçim düyməsini basmaqla tamamlanır. Müasir onlayn sistemlər isə saniyələr ərzində minlərlə əməliyyat icra edir.

Belə şəraitdə limitlərin bir neçə dəqiqəyə bitməsində təəccüblü nə var?”

Ekspertin fikrincə, bu məsələdə düşündürücü və qayğılandırıcı əsas məqam limitlərin tez bitməsi yox, insanlara təqdim edilən ipoteka kreditlərinin həcmi ilə bu kreditlərə olan tələb arasındakı 6 dəfəlik fərqdir.

Seçilən
80
1
cebheinfo.az

2Mənbələr