AZ

İsrail açıqladı

İsrail qırıcıları son sutka ərzində İranın qərbində və mərkəzində 400-dən çox hədəfə hava zərbələri endirib.

Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, hücuma məruz qalan hədəflər arasında ballistik raketlərin buraxılış qurğuları və müxtəlif silahların istehsal obyektləri olub. Əməliyyat başlayandan bəri İsrail ərazisinin atəşə tutulmasını maksimum dərəcədə azaltmaq məqsədilə rejimin yüzlərlə buraxılış qurğusu, hava hücumundan müdafiə sistemləri, silah anbarları və digər obyektləri hücuma məruz qalıb.

Seçilən
94
3
publika.az

7Mənbələr