AZ

Tovuzlular bakılıları susdura biləcək? – mindən çox qonaq azarkeş gəlir

Sabah 23-cü turun mərkəzi oyununda “Neftçi” “Turan Tovuz”u qəbul edəcək. Biletlərin böyük hissəsinin 1 manata satılması, azarkeşlərin oyuna böyük marağı “Palms Sports Arena”da anşlaq olacağından xəbər verir. Qəbul etmək lazımdı ki, “Turan Tovuz”un da çılğın azarkeşləri var.

Bəs tovuzlular bu oyunda neçə nəfərlə təmsil olunacaq? Komandanın azarkeş qrupu “The Hunans”ın rəhbərlərindən Nicat Cəfərzadə “Football-plus.az”a açıqlama verib:

“Bizim qrup 150 bilet almalıdı. Tovuzdan da, Bakıdan da qrup üzvü olmayanlardan bilet alıb, oyuna bizlə baxanlar olacaq. Son vaxtlar oyunlarımız həftəiçinə düşürdü, indi əlverişlidi, azarkeşlərimiz də belə oyuna “acdı”. Əlbəttə, rəqibin “Neftçi” kimi köklü klub olmasının da rolu var. Məncə, mindən çox tovuzlu tribunalarda olacaq. Bizim qrup üzvlərindən 150, digər azarkeş qrupundan da bir qədər azarkeş olacaq. Ümumi təxminən min nəfər gələr. Qarşı tərəfin də azarkeş dəstəyi yüksək olacaq. Oyun maraqla gözlənilir. Səs batırmağa qalanda əsas odu ki, hakimlərin yox, oyunun, tribunaların danışıldığı oyun olar”.

Xatırladaq ki, matç həftəiçi olsa da, martın 9-u qeyri-iş günüdü. Oyun saat 20.30-da start götürəcək.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
138
1
football-plus.az

2Mənbələr