AZ

İran münaqişəsi ərzaq qiymətlərinin bahalaşdıracaq

Yaxın Şərqdə gərginliyin yeni dalğası səbəbindən enerji daşıyıcılarının bahalaşmasının ardınca ərzaq qiymətlərinin artımı gözlənilir.

Publika.az xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzeti yazıb.

Nəşrin məlumatına görə, buna təkan verən amil qlobal bazara təxminən 15 %-i həmin regiondan daxil olan gübrə çatışmazlığı ola bilər.

Qeyd edilir ki, Fars körfəzi zonası gübrə istehsalı və ixracının həcminə görə (14,4 %) Rusiyadan (22,4 %) sonra ikinci regiondur. Bununla yanaşı, məhsulun böyük hissəsi hazırda gəmiçiliyin faktiki olaraq dayandırıldığı Hörmüz boğazı vasitəsilə daşınır.

Seçilən
174
publika.az

1Mənbələr