AZ

Azərbaycan-İran sərhədində “TIR” blokadası – Sürücülərin pulu bitib, yemək tapa bilmirlər – VİDEO

İranda gedən müharibə fonunda sərhəddə vəziyyət pisləşib və Azərbaycan-İran sərhədində uzun “TIR” növbələri yaranıb.

Musavat.com xəbər verir ki, sərhəddə içi yüklə dolu 200-dən çox maşın gözləyir.

Sürücülərin sözlərinə görə, təxliyə zamanı gün ərzində yalnız 10–20 maşın sərhədi keçə bilir. Bu səbəbdən əksər yük maşınları günlərlə sərhəddə qalmalı olur.

Sürücülər əlavə edib ki, fevralın 25-dən etibarən İrandan çıxa bilmirlər. Onların bir çoxunun pulu bitib, yemək almaq və gömrükdən keçmək üçün vəsaitləri yoxdur. Eyni zamanda sərhəd yaxınlığında İranda pul dəyişmək mümkün deyil, bu, vəziyyəti daha da çətinləşdirir.

Hazırda sərhəddə vəziyyətin acınacaqlı olduğu, sürücülərin həm fiziki, həm də maddi çətinliklərlə üzləşdiyi bildirilir.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
128
musavat.com

1Mənbələr