AZ

"​Qalatasaray"lı futbolçular 1,5 milyon avro alacaq

Ötən gecə rəqib meydanda "Beşiktaş"ı məğlub edən "Qalatasaray"da bayram ovqatı var. Sari-qırmızılı klub bu qələbə ilə çempionluq yarışında böyük məsafə qət etmiş oldu. Metbuat.az xəbər verir ki, "Beşiktaş" üzərindəki qələbə "Qalatasaray"lı futbolçulara təkcə 3 xal deyil, həm də böyük məbləğdə pul qazandırıb. Xoş xəbəri klub prezidenti Dursun Özbək açıqlayıb. Özbək oyunçuların qələbəyə görə 1,5 milyon avro mükafat alacaqlarını bildirib.

"Qalatasaray" prezidenti nəticədən məmnun qaldıqlarını, amma hazırda gələn həftə keçiriləcək "Liverpul" matçını düşündüklərini deyib. Dursun Özbək komandasının ingilisləri məğlub edəcəyi təqdirdə mükafat fondunun fantastik məbləğdə olacağını vəd edib.

Seçilən
116
5
metbuat.az

6Mənbələr