AZ

"Fənərbağça" çətin qələbə qazandı - Türkiyə Superliqası

Bakı. Trend:

Futbol üzrə Türkiyə Superliqasında XXV turun daha 4 oyunu baştutub.

Trend xəbər verir ki,"Fənərbağça" öz meydanında "Samsunspor" üzərində əzmkar qələbəqazanıb - 3:2.

İlk hissədən sonra 1:2 hesabı ilə geridə olan İstanbultəmsilçisi nəticəni öz xeyrinə dəyişə bilib. Əvvəlcə 90-cı dəqiqədəDorjeles Nene tarazlığı bərpa edib - 2:2. Son nöqtəni isə əsasvaxta əlavə olunmuş 5-ci dəqiqədə Sıdıkı Şerif qoyub.

Bu nəticədən sonra xallarını 57-yə çatdıran "Fənərbağça" 2-cipillədə qərarlaşıb. "Sarı-lacivərdlilər" lider "Qalatasaray"dan 4xal geri qalır.

Günün digər matçlarında "Qaziantep" "Fatih Karagümrük"lə,"Konyaspor" "Kasımpaşa" ilə 1:1 hesablı heç-heçə edib, "Rizəspor"isə "Antalyaspor"u üstələyib - 1:0.

Seçilən
83
5
az.trend.az

7Mənbələr