AZ

"Fənərbağça"dan möhtəşəm geridönüş

Futbol üzrə Türkiyə Superliqasında XXV turun daha 4 oyunu baş tutub. Metbuat.az xəbər verir ki, "Fənərbağça" öz meydanında "Samsunspor" üzərində əzmkar qələbə qazanıb - 3:2.İlk hissədən sonra 1:2 hesabı ilə geridə olan İstanbul təmsilçisi nəticəni öz xeyrinə dəyişə bilib. Əvvəlcə 90-cı dəqiqədə Dorjeles Nene tarazlığı bərpa edib - 2:2. Son nöqtəni isə əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə Sıdıkı Şerif qoyub.Bu nəticədən sonra xallarını 57-yə çatdıran "Fənərbağça" 2-ci pillədə qərarlaşıb. "Sarı-lacivərdlilər" lider "Qalatasaray"dan 4 xal geri qalır.

Günün digər matçlarında "Qaziantep" "Fatih Karagümrük"lə, "Konyaspor" "Kasımpaşa" ilə 1:1 hesablı heç-heçə edib, "Rizəspor" isə "Antalyaspor"u üstələyib - 1:0.

Seçilən
83
5
metbuat.az

7Mənbələr