AZ

“O, uzun müddət hakimiyyətdə qalmayacaq”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın yeni ali lideri vəzifəsinə namizəd Vaşinqtonla razılaşdırılmalıdır, əks halda həmin şəxs uzun müddət hakimiyyətdə qalmayacaq.

Publika.az xəbər verir ki, Ağ Ev rəhbəri bu tələbi “ABC News”a verdiyi müsahibəsində səsləndirib.

İranın Ekspertlər Məclisi artıq yeni dövlət başçısı seçib, lakin hələlik onun adını açıqlamayıb. Lakin məclis üzvləri ölkəni İranın öldürülmüş ali lideri Əli Xameneinin oğlu Ayətullah Müctəba Xamenei idarə edəcəyinə işarə edirlər.

"O, bizim təsdiqimizi almalı olacaq. Əgər təsdiqimizi almasa, uzun sürməyəcək. Biz hər on ildən bir buna qayıtmamağımıza əmin olmaq istəyirik”, - deyə amerikalı lider bildirib.

O, namizədin hazırkı İran hakimiyyəti ilə əlaqəli ola biləcəyini və "bu rol üçün çoxlu uyğun insan olduğunu" etiraf edib. Lakin, 6 martda Tramp CNN-ə verdiyi müsahibədə bildirib ki, “Mən İranın yenidən dini liderin rəhbərliyi altında olmasına qarşı deyiləm”.

Seçilən
112
10
publika.az

5Mənbələr