AZ

ChatGPT dən tez tez istifadə beyin fəaliyyətini azalda bilər

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Massaçusets Texnologiya İnstitutunun alimləri süni intellektdən istifadənin insan beyninin fəaliyyətinə necə təsir etdiyini öyrənmək üçün araşdırma aparıblar.

Bizimyol.info xəbər verir ki, tədqiqatın nəticələri göstərib ki, mətn yazmaq üçün "ChatGPT"dən davamlı istifadə neyron əlaqələri zəiflədə və yaddaşı pisləşdirə bilər.

Təcrübədə 54 nəfər iştirak edib və onlar üç qrupa bölünüblər:

Birinci qrup esseləri "ChatGPT"nin köməyi ilə yazıb;İkinci qrup məlumatları "Google Search" vasitəsilə axtarıb;Üçüncü qrup isə tapşırıqları tamamilə müstəqil şəkildə yerinə yetirib.

Tapşırıqlar dörd ay ərzində icra olunub. İştirakçıların beyin fəaliyyəti isə Electroencephalography (EEQ) vasitəsilə izlənilib.

Alimlər aşağıdakı nəticələri qeyd ediblər:

Mətnləri müstəqil yazanlarda ən güclü neyron əlaqələri formalaşıb;Google vasitəsilə məlumat axtaranlar orta nəticə göstəriblər;"ChatGPT"dən daim istifadə edənlərdə isə beyin əlaqələrinin aktivliyi nəzərəçarpacaq dərəcədə aşağı olub.

Fərq yaddaşda da özünü göstərib. İştirakçılardan yazdıqları mətni bir neçə dəqiqə sonra xatırlamaları istənildikdə, "ChatGPT" istifadəçilərinin 83%-i bir sətir belə xatırlaya bilməyib. Bu təsir aləti istifadə etməyi dayandırdıqdan sonra da müəyyən müddət qalmağa davam edib.

Əvvəlcə tapşırıqları özləri yerinə yetirən, daha sonra "ChatGPT"dən istifadə etməyə başlayan iştirakçılar isə daha yaxşı nəticə göstəriblər. Onların beyni süni intellekti düşüncənin əvəzi kimi deyil, sadəcə alət kimi qəbul edib və bu da neyron əlaqələrinin aktivliyinin qorunmasına kömək edib.

Tədqiqat göstərir ki, süni intellektdən ölçülü və şüurlu şəkildə istifadə etmək vacibdir. Belə olduqda texnologiya insanın düşünməsini əvəz etmir, əksinə ona kömək edən vasitəyə çevrilir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
113
bizimyol.info

1Mənbələr