AZ

Rihannanın malikanəsi gülləbaran edildi

Los-Anceles polisi ABŞ-li məşhur müğənni Rihannanın Beverli-Hillzdəki evinə atəş açmaqda şübhəli bilinən 30 yaşlı qadını həbs edib.

 

Bu barədə "Los Angeles Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

 

Məlumata görə, bir qadın maşından ulduz sənətçinin ​​evinə təxminən 10 atəş açıb, güllələr malikanənin divarına dəyib.

 

Hadisə baş verən zaman müğənninin evdə olduğu bildirilir.

 

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə zamanı xəsarət alan olmayıb.

 

Müğənninin evinə hücum edən şəxsin motivləri barədə məlumat verilməyib./Oxu.az

Tarix: 9 Mart 2026, 10:02   
Seçilən
87
3
pravda.az

4Mənbələr