AZ

Samuxda maşın aşıb, xəsarət alanlar var

Samuxda yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Khazar" markalı minik maşını idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı sürücü – 1991-ci il təvəllüdü N. Məmmədov və avtomobildə olan 2 sərnişin xəsarət alaraq Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Xəsarət alanlardan iki nəfərin vəziyyətinin normal olduğunu bildirilir, sürücünün vəziyyəti isə ağırdır.

Hazırda hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
95
1
apa.az

7Mənbələr