AZ

Rəşad Sadıqovun "Kəpəz"lə oyunda neçə futbolçunun xidmətindən məhrum olduğu dəqiqləşdi

Misli Premyer Liqasının (MPL) 23-cü turu çərçivəsində bu gün "Kəpəz"i qəbul edəcək "Zirə"nin meydana neçə itki ilə çıxacağı dəqiqləşib.

Bu barədə Fanat.Az-a "qartallar"ın sözçüsü Elmar Abdullazadə məlumat verib:

"Cəzalı futbolçu yoxdur. Ayron Qomis zədə səbəbindən bu qarşılaşmanı kənardan izləyəcək".

Zirə İdman Kompleksinin stadionunda keçiriləcək "Zirə" - "Kəpəz" qarşılaşmasının start fiti 18:30-da səslənəcək. Hazırda qəsəbə təmsilçisi MPL-in turnir cədvəlində 38 xalla 4-cü, Gəncə komandası 16 xalla 10-cu yerdədir.

Toğrul

Seçilən
70
1
fanat.az

2Mənbələr