AZ

İsrail Livana hücum etdi

ain.az bildirir, GlobalInfo portalına istinadən.

İsrail Livanın paytaxtı Beyrutun cənub ətrafına hava hücumu təşkil edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Öz növbəsində, İsrailin ” Times of Israel” nəşri, “Hizbullah”la əlaqəli olduğu iddia edilən “Əl-Qard əl-Həsən” təşkilatına edilən hücumun görüntülərini dərc edib.

İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisi “Telegram” kanalında bildirib  ki, quru qüvvələri hazırda Livanın cənubunda “Hizbullah” infrastrukturunun yerini müəyyən etmək üçün əməliyyat keçirir.

Onların yerləşdirilməsindən əvvəl əraziyə raket zərbələri endirilib.

Qeyd edək ki, fevralın 28-də ABŞ İsrail ilə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb.

Əliyar Xəlil

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
104
globalinfo.az

1Mənbələr