Oxu.az saytına istinadən ain.az xəbər verir.
Almaniyanın xarici işlər naziri Yohan David Vadeful Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Belə ki, tərəflər regionda mövcud təhlükəsizlik vəziyyətini və Yaxın Şərqdə artan gərginliyin regional və qlobal təhlükəsizliyə təsirlərini müzakirə ediblər.
Almaniya naziri İranın ölkəmizə qarşı həyata keçirdiyi dron hücumlarından narahatlığını ifadə edib, hücumları qətiyyətlə pisləyib, ölkəmizlə həmrəy olduğunu bildirib.
Almaniya naziri ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi istiqamətində göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib.
Telefon danışığı zamanı həmçinin Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, indiyə qədər 60-dan çox ölkə və təşkilat İranın Naxçıvana dron hücumu ilə bağlı Azərbaycana dəstəyini ifadə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.