AZ

Müharibə neft hasilatını da “vurdu”

Hörmüz boğazında gəmiçilikdə yaranan fasilələr səbəbindən İraqın neft hasilatı gündə 4,3 milyon bareldən 1,3 milyon barelə düşüb.

“Cebheinfo.az” bu barədə “Shafaq News”-a istinadən yazır.

Agentliyin məlumatına görə, neft ixracı gündə 800 000 barel azalıb. Gərginlik artmazdan əvvəl bu rəqəm gündə orta hesabla 3,3-3,6 milyon barel idi.

Martın 2-də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru İbrahim Cabari xəbərdarlıq edib ki, dünya neft ixracının təxminən beşdə birinin keçdiyi Hörmüz boğazı İsrail-ABŞ hərbi əməliyyatı səbəbindən gəmiçilik üçün bağlanacaq. 

Martın 5-də xarici işlər naziri Abbas Əraqçi boğazın bağlanmadığını, ancaq gəmil və tankerlərin hər iki tərəfdən hücumlardan qorxaraq onu keçməyə çalışmadığını bildirib.

Seçilən
31
1
cebheinfo.az

2Mənbələr