AZ

Makron Pafosda pafosladı: "Kiprin müdafiəsi Avropanın müdafiəsidir"

Fransa Prezidenti Emmanuel Makron martın 9-da günorta saatlarında Kiprə gəlib.

Musavat.com xəbər verir ki, Makronun təyyarəsi Pafosdakı hərbi aviabazaya eniş edib və o, burada Kipr Prezidenti Nikos Xristodulidis və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə təcili üçtərəfli görüş keçirib.

Səfərin əsas səbəbi son günlər İranın pilotsuz uçuş aparatlarının Kiprdəki hədəflərə, o cümlədən Akrotiri bazasına endirdiyi zərbələrdir.

Makron çıxışında Avropa birliyinin təhlükəsizliyinə toxunaraq qətiyyətli mesajlar verib: "Kipr hücuma məruz qalanda, bütün Avropa hücuma məruz qalmış sayılır".

Fransa lideri Kiprin və Şərqi Aralıq dənizinin müdafiəsini gücləndirmək üçün Fransanın flaqman gəmisi olan "Charles de Gaulle" aviadaşıyıcısının artıq bölgəyə göndərildiyini (hazırda Krit adası yaxınlığındadır), həmçinin adaya əlavə freqatlar və müasir HHM sistemlərinin yerləşdirildiyini təsdiqləyib.

Görüşdə həmçinin Avropa İttifaqının "Aspides" dəniz missiyası çərçivəsində naviqasiya azadlığının qorunması və mülki şəxslərin mümkün təxliyəsi məsələləri müzakirə olunub. Makron vurğulayıb ki, Fransa öz strateji tərəfdaşı olan Kiprin müdafiəsində sonuna qədər dayanacaq.

Musavat.com

Seçilən
92
musavat.com

1Mənbələr