AZ

ABL: 19-cu turun oyun cədvəli açıqlandı

Azərbaycan Basketbol Liqasında 19-cu turun oyun cədvəli açıqlanıb.

Fanat.Az xəbər verir ki, tur 12-15 mart aralığını əhatə edəcək.

Martın 12-də saat 19:00-da "Sumqayıt" komandası "Ordu"nu qəbul edəcək, eyni saatda "Naxçıvan" isə "Sərhədçi" ilə üz-üzə gələcək. Martın 13-də saat 15:00-da "Lənkəran" öz meydanında "Quba" ilə qarşılaşacaq.

Martın 14-də saat 14:00-da "Gəncə" – "Sabah", saat 17:00-da isə "Abşeron" – "Neftçi" görüşü baş tutacaq. Turun son matçı martın 15-də saat 17:00-da "NTD" ilə "Şəki" komandaları arasında keçiriləcək.

Seçilən
75
9
fanat.az

10Mənbələr