AZ

Atası evinə qonaq gəlmişdi – Goranboyda faciəvi ölüm – VİDEO

Goranboyun Goran qəsəbəsində bədbəxt hadisə baş verib.

NOCOMMENT.az xəbər verir ki, 31 yaşlı qadın dəm qazından boğularaq dünyasını dəyişib.

Məlumata görə, Gülşən Məmmədova paytaxtdan atası evinə qonaq gəlibmiş. Qadın Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

“Bakıya qayıtmağa hazırlaşırmış. Hamama girib, qapını örtüb. Qonşular onunla görüşməyə gəlmişdi. Qapını açanda gördük ki, süst halda qalıb. Maşınla xəstəxanaya apardıq. Yolda təcili yardım əməkdaşlarına təhvil verdik. Xəstəxanaya çatandan bir az sonra dedilər ki, xəstə həyatını itirib”, – deyə qonşu Aynur Verdizadə hadisə barədə danışarkən deyib.

Qeyd edək ki, mərhumun 2 azyaşlı övladı var. /Baku Tv/

 

Seçilən
64
nocomment.az

1Mənbələr