AZ

Trampla Putin telefonla danışdı

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb. Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

KONKRET.az xəbər verir ki, Kremlin açıqlamasına görə, söhbət işgüzar, açıq və konstruktiv xarakter daşıyıb. Telefon danışığı zamanı əsasən İran ətrafındakı vəziyyət və Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar müzakirə edilib.

Məlumata görə, liderlər İran ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıb, həmçinin Venesuela ilə bağlı məsələlərə də toxunublar.

Putin İran ətrafında yaranmış gərginliyin mümkün qədər tez siyasi-diplomatik yollarla həll olunmasının vacibliyini vurğulayıb. Rusiya lideri eyni zamanda ABŞ və Trampın Ukrayna münaqişəsinin nizamlanması istiqamətində vasitəçilik səylərini müsbət qiymətləndirib.

Natiq Səlim,
KONKRET.az

Seçilən
98
konkret.az

1Mənbələr