AZ

Pezeşkian: “İran gərginliyi azaltmağa hazırdır, amma…”

İran Prezidenti Məsud Pezeşkian Yaxın Şərqdə gərginliyin azaldılması ilə bağlı yeni açıqlama verib.

Musavat.com xəbər verir ki, Pezeşkian bildirib ki, İran regionda deeskalasiyaya hazırdır, lakin bunun üçün qonşu ölkələr öz ərazilərinin İrana qarşı hücumlar üçün istifadə olunmasına imkan verməməlidir.

İran prezidentinin sözlərinə görə, əgər bəzi dövlətlərin ərazisi İslam Respublikasına qarşı hərbi və ya təhlükəsizlik xarakterli əməliyyatlar üçün istifadə olunmağa davam edərsə, Tehran bunu birbaşa təhlükə kimi qiymətləndirəcək.

Pezeşkian vurğulayıb ki, İran regionda sabitlik və gərginliyin azalmasında maraqlıdır, lakin ölkənin təhlükəsizliyinə yönəlmiş hər hansı fəaliyyətə də cavab vermək hüququnu özündə saxlayır.

Ekspertlər hesab edirlər ki, Tehranın bu açıqlaması əsasən region ölkələrinə ünvanlanıb və İran rəhbərliyi qonşu dövlətlərin ərazisindən istifadə edilərək həyata keçirilən mümkün hücumlara qarşı xəbərdarlıq etməyə çalışır.

Son aylarda Yaxın Şərqdə gərginliyin artması fonunda İran rəhbərliyinin bu tip açıqlamaları regionda yeni siyasi və hərbi balans müzakirələrini daha da aktuallaşdırır.

 

Musavat.com

Seçilən
38
musavat.com

1Mənbələr