AZ

Trampdan Müctəba Xameneiyə xəbərdarlıq: “Güzəşt olmasa, hədəf olacaqsan”

Tramp İranın yeni liderinin məhv edilməsinə razılıq verəcək.

İnterpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp İranın yeni ali dini lideri Müctəba Xameneinin fiziki olaraq ləğv edilməsinə dəstək verməyə hazırdır. Məlumata görə, bu qərar yalnız o halda qüvvəyə minəcək ki, yeni rəhbərlik ABŞ-ın nüvə proqramının dayandırılması və digər strateji güzəştlərlə bağlı tələblərini rədd etsin.

Nəşr vurğulayır ki, Müctəba Xameneinin öldürülməsi ilə bağlı birbaşa əməliyyatı ABŞ deyil, məhz İsrail həyata keçirəcək. Tramp isə bu prosesdə İsrailə lazımi siyasi, hərbi və kəşfiyyat dəstəyini təmin edəcək.

Ekspertlərin fikrincə, bu cür hədələr Tehranın yeni rəhbərliyini Vaşinqtonla danışıqlarda daha yumşaq mövqe tutmağa məcbur etmək məqsədi daşıyır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
66
interpress.az

1Mənbələr