AZ

ABŞ İrana niyə hücum etdi? – Trampdan açıqlama

ABŞ Prezidenti Donald Tramp İranla bağlı aparılan hərbi əməliyyatlara münasibət bildirib.

Musavat.com xəbər verir ki, Tramp Vaşinqtonun bu addımını “zəruri qərar” kimi qiymətləndirib və məqsədin təhlükəni aradan qaldırmaq olduğunu deyib.

Onun sözlərinə görə, ABŞ rəhbərliyi müəyyən riskləri nəzərə alaraq hərbi addım atmağa qərar verib.

“Biz kiçik bir ekspedisiyaya başladıq, çünki bunu etməli olduğumuzu hiss edirdik – müəyyən bir şərdən qurtulmaq üçün. Düşünürəm ki, görəcəksiniz, bu qısamüddətli ekspedisiya olacaq”, – deyə Tramp bildirib.

 

Musavat.com

Seçilən
91
50
musavat.com

10Mənbələr