Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İran İordaniyada yerləşən hərbi obyektə raket zərbəsi endirib.
Oxu.Az-ın "Der Spiegel"ə istinadən verdiyi xəbərə görə, Almaniya ordusunun düşərgəsi yerləşən Əl-Əzraq aviabazası bir neçə ballistik raketlə atəşə tutulub.
Bildirilir ki, hərbçilər əvvəlcədən sığınacaqlara yerləşdirildiyi üçün xəsarət alan olmayıb.
Hazırda raketlərin birbaşa düşərgəyə düşüb-düşmədiyi və ya hava hücumundan müdafiə sistemlərinin zərərsizləşdirdiyi raket qalıqlarının əraziyə düşdüyü hələ dəqiqləşdirilir.
Qeyd edək ki, Əl-Əzraq aviabazası daha əvvəl də raket hücumuna məruz qalıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.