AZ

Tramp: İran bizə hücum etməyə hazırlaşırdı

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Vaşinqtonun İrana qarşı əməliyyata başlamaq üçün kifayət qədər ciddi səbəbləri olub".

Oxu.Az "Kommersant" nəşrinə istinadən xəbər verir ki bu sözləri ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının konfransında bildirib.

Onun sözlərinə görə, hərbi əməliyyat qabaqlayıcı tədbir idi.

"Onlar yüz faiz bir həftə ərzində bizə hücum edəcəkdilər. Onlar hazır idilər, düşündüyümüzdən qat-qat çox raketləri var idi və bizə hücum etməyə hazırlaşırdılar. Lakin onlar bütün Yaxın Şərqə və İsrailə hücum etmək niyyətində idilər və əgər nüvə silahları olsaydı, onu İsrailə qarşı istifadə edəcəkdilər", - deyə o vurğulayıb.

Prezident əlavə edib ki, əgər ABŞ ötən il İrandakı nüvə obyektlərini məhv etmək üçün əməliyyat keçirməsəydi, indi İsrail "yer üzündən silinmiş olardı".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
104
oxu.az

1Mənbələr