AZ

Macarıstanda benzin və dizel yanacağının qiymətlərinə məhdudiyyətlər tətbiq edilir

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Yaxın Şərqdəki müharibə səbəbindən dünya bazarlarında neftin qiymətinin artması ilə əlaqədar Macarıstanda benzin və dizel yanacağının pərakəndə satış qiymətlərinə məhdudiyyətlər tətbiq edilir".

Oxu.Az M1 telekanalına istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban hökumətin növbədənkənar iclasından sonra bildirib.

"Biz benzin və dizel yanacağının pərakəndə satış qiymətlərinə məhdudiyyətlər tətbiq edirik. Benzin üçün məhdud qiymət 595 forint (təxminən 2.97 manat - red.), dizel yanacağı üçün isə 615 forint (təxminən 3.07 manat - red.) təşkil edəcək. Təchizatı təmin etmək üçün dövlət strateji ehtiyatlarını açacağıq", - deyə Orban canlı yayımlanan videomüraciətində bildirib.

O, benzin və dizel yanacağını güzəştli qiymətlərlə yalnız Macarıstan nömrə nişanları və qeydiyyat sənədləri ola" avtomobil sürücülərinin ala biləcəyini dəqiqləşdirib.

"Bu tədbiri fermerlər, yükdaşıyanlar və sahibkarlara da şamil edəcəyik", - deyə baş nazir bildirib.

Yeni qiymətlər martın 10-dan qüvvəyə minəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
oxu.az

1Mənbələr