AZ

Mexikoda binanın uçması nəticəsində bir nəfər həlak olub

Mexikoda binanın uçması nəticəsində bir nəfər həlak olub

Mexiko şəhərində sökülməsi planlaşdırılan üçmərtəbəli binanın uçması nəticəsində bir nəfər həyatını itirib, iki nəfər isə itkin düşmüş hesab olunur.

AFN.az "El Universal"a istinadən xəbər verir ki, hadisə San-Antonio-Abad prospektində, binanın sökülməsi işləri aparılan zaman baş verib. Uçqun nəticəsində bir fəhlə hadisə yerində ölüb, digəri isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

Hazırda dağıntılar altında qalan iki nəfərin xilas edilməsi üçün hadisə yerində xilasedicilər və mülki müdafiə xidmətinin əməkdaşları çalışır, axtarış işlərinə kinoloqlar qrupu da cəlb edilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində ərazi mühasirəyə alınıb və yaxınlıqdakı binalardan, eləcə də ticarət obyektlərindən 57 nəfər təxliyə edilib. Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

Seçilən
109
afn.az

1Mənbələr