AZ

“İranı yenidən qurmaq mümkün olmayacaq” Trampdan daha bir xəbərdarlıq

Bakupost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trump İranı Hörmüz boğazı ilə bağlı mümkün addımlardan çəkindirməyə çağırıb.

Bakupost.az xəbər verir ki, bu barədə Tramp özünün Truth Social hesabında paylaşım edib.

ABŞ lideri bildirib ki, İran Hörmüz boğazından neft axınını dayandırmağa və ya məhdudlaşdırmağa cəhd edərsə, Vaşinqton buna çox sərt cavab verəcək:

“Əgər İran Hörmüz boğazından neft axınının qarşısını almaq üçün hər hansı addım atsa, ABŞ ona indiyədək etdiyi bütün zərbələrdən 20 dəfə daha güclü zərbə endirəcək”.

Tramp əlavə edib ki, belə bir halda ABŞ İranın “həssas hədəflərini” məhv etməyə hazırdır.

“Biz həssas hədəfləri məhv edəcəyik və bununla da İranın bir dövlət kimi özünü yenidən qurmasını faktiki olaraq qeyri-mümkün edəcəyik. Ölüm, od və qəzəb onlara göndəriləcək. Amma ümid edirəm və dua edirəm ki, bu baş verməsin”.

ABŞ prezidenti qeyd edib ki, Hörmüz boğazının açıq qalması təkcə ABŞ üçün deyil, həm də enerji marşrutundan geniş istifadə edən ölkələr üçün vacibdir.

“Bu, ABŞ-nin Çinə və Hörmüz boğazından əhəmiyyətli dərəcədə istifadə edən bütün ölkələrə bir hədiyyə olacaq. Ümid edirəm ki, bu jest təqdir olunacaq”, – deyə Tramp vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
101
50
www.bakupost.az

10Mənbələr