AZ

Çin yanvar-fevral aylarında neft idxalını 15,8% artırıb

Çin yanvar-fevral aylarında neft idxalını 15,8% artırıb

Çin cari ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə neft idxalını 15,8% artırıb, qaz idxalını isə 1,1% azaldıb.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Çin Baş Gömrük İdarəsi məlumat yayıb. Bildirilir ki, hesabat dövründə ölkəyə 96,93 milyon ton neft və 20,1 milyon ton qaz idxal edilib. Dəyər ifadəsində isə neft idxalı 5,2% azalaraq 44,32 milyard dollara, qaz idxalı isə 12,7% azalaraq 8,44 milyard dollara düşüb.

Rusiya Çinin əsas enerji tədarükçüsü olaraq qalmaqdadır. 2025-ci ilin yekunlarına görə, Çin Rusiyadan 100,72 milyon ton neft və 9,79 milyon ton mayeləşdirilmiş təbii qaz alıb. Eyni zamanda, "Sibir gücü" qaz kəməri ilə tədarük təxminən 25% artaraq 38,8 milyard kubmetr təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə Çinin ümumi neft idxalı 4,4% artaraq 577,72 milyon tona çatdığı halda, qaz idxalı 2,8% azalaraq 127,86 milyon tona düşmüşdü. Bu ilin ilk iki ayındakı artım Çinin strateji neft ehtiyatlarını doldurmağa davam etdiyini göstərir.

Seçilən
89
afn.az

1Mənbələr