AZ

ABŞ İran əməliyyatına 5,6 milyard dollar xərcləyib



ABŞ ordusu İrana qarşı hərbi əməliyyatın ilk iki günündə silah-sursata təxminən 5,6 milyard dollar xərcləyib.

Newscenter.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşr bildirir ki, Pentaqon nümayəndələri bu rəqəmləri 9 martda ABŞ Konqresinin üzvlərinə təqdim ediblər. Qəzetin məlumatına görə, administrasiyanın bu həftə qanunvericilərə on milyardlarla dollara qədər əlavə hərbi maliyyələşdirmə tələbi təqdim etməsi gözlənilir.

"New York Times" qəzeti isə ABŞ-ın İrandakı hərbi əməliyyatın ilk həftəsində təxminən 6 milyard dollar xərclədiyini yazmışdı. Bunun da 4 milyard dollarının silah-sursata xərcləndiyi qeyd olunmuşdu.

Anar
Seçilən
51
23
newscenter.az

10Mənbələr