AZ

ABŞ İran əməliyyatına 5,6 milyard dollar xərcləyib

Newscenter.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ ordusu İrana qarşı hərbi əməliyyatın ilk iki günündə silah-sursata təxminən 5,6 milyard dollar xərcləyib. Newscenter.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.Nəşr bildirir ki, Pentaqon nümayəndələri bu rəqəmləri 9 martda ABŞ Konqresinin üzvlərinə təqdim ediblər. Qəzetin məlumatına görə, administrasiyanın bu həftə qanunvericilərə on milyardlarla dollara qədər əlavə hərbi maliyyələşdirmə tələbi təqdim etməsi gözlənilir."New York Times" qəzeti isə ABŞ-ın İrandakı hərbi əməliyyatın ilk həftəsində təxminən 6 milyard dollar xərclədiyini yazmışdı. Bunun da 4 milyard dollarının silah-sursata xərcləndiyi qeyd olunmuşdu.Anar

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
63
23
newscenter.az

10Mənbələr