AZ

Trampdan SENSASİON İDDİA: İranın “Tomahawk” raketləri ola bilər - VİDEO

ABŞ prezidenti Donald Tramp İranın Minab şəhərində məktəbə endirilən zərbə ilə bağlı yayılan məlumatları şərh edərkən bildirib ki, Vaşinqtonun hadisədə iştirakı barədə təsdiqlənmiş məlumat görməyib və insident hazırda araşdırılır.

Musavat.com xəbər verir ki, Trampın sözlərinə görə, “Tomahawk” tipli qanadlı raketlər təkcə ABŞ tərəfindən istifadə olunmur və bu silahlar digər ölkələrə də tədarük edilir.

O, belə bir raketin İranda da ola biləcəyini istisna etməyib.

“Tomahawk dünyada ən güclü silahlardan biridir. Bu raket satılır və başqa ölkələr tərəfindən də istifadə olunur”, - deyə Tramp qeyd edib.

ABŞ prezidenti əlavə edib ki, İranda məktəbə endirilən zərbə ilə bağlı tam məlumata malik deyil.

Jurnalistlərdən biri Trampın “Tomahawk” raketinin İran tərəfindən istifadə olunması ehtimalını səsləndirdiyini xatırladaraq, niyə bu versiyanı yalnız onun dilə gətirdiyini soruşub.

“Çünki bu barədə kifayət qədər məlumatlı deyiləm”, - Tramp cavab verib.

Musavat.com

Seçilən
97
50
musavat.com

10Mənbələr