AZ

Tramp İran məsələsində Venslə fikir ayrılığı olduğunu etiraf etdi

ABŞ prezidenti Donald Tramp İranla bağlı məsələdə vitse-prezident J.D.Venslə aralarında fikir ayrılığının olduğunu etiraf edib.

Musavat.com xəbər verir ki, Florida ştatının Doral şəhərində keçirilən mətbuat konfransında çıxış edən ABŞ prezidenti Venslə İran ətrafındakı vəziyyətlə bağlı ideoloji cəhətdən fərqli fikirdə olduqlarını, lakin Vensin mövqeyindən məyus olmadığını deyib:

"Xeyr, xeyr. Düşünmürəm. Bu məsələdə çox yaxşı yola gedirik. Deyərdim ki, o, məsələyə bir qədər fəlsəfi yanaşırdı. Düşünürəm ki, o, bunu etmək perspektivlərinə o qədər də həvəsli deyildi. Amma hiss edirdim ki, biz bunu etməliyik. Başqa seçimimiz yoxdur".

Musavat.com

 

Seçilən
80
musavat.com

1Mənbələr