AZ

Şəkidə dəm qazı can aldı

Şəkidə 47 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, faciəvi hadisə rayonun Çələbixan qəsəbəsində baş verib.
 

1979-cu il təvəllüdlü Kəmalə Quliyeva yaşadığı ünvanda dəm qazından həyatını itirib.


Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
33
1
bizim.media

2Mənbələr