AZ

Uğurlu idarəçilik, çoxşaxəli fəaliyyət və əldə olunan müsbət nəticələr



Mədəniyyət İşçiləri Həmkarlar İttifaqlarının həyatında yeni mərhələ

Uğurlu seçim, düzgün idarəçilik, müasir dövrün tələblərinə uyğun fəaliyyət və yeni yanaşmalar son illərdə Azərbaycan Həmkralar İttifaqları Konfederasiyasında (AHİK) müşahdiə edilən müsbət tendensiyalardandır. Məhz bu sadaladığımız amillər cəmiyyətdə AHİK-ə olan münasibət və yanaşmanın kökündən dəyişməsinə səbəb olub. Əgər son bir neçə ilə qədər AHİK dedikdə insanların ağlına yalnız istirahətə getmək üçün “putyovka” verən qurum deyə bir təşkilat gəlirdisə, indi Həmkarlar İttifaqları Konfederasiyası dedikdə insanların əmək hüquqlarının daha etibarlı şəkildə qorunması, konfederasiyada təmsil olunan təşkilat və onların üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, yeni, kreativ və nəticəyə əsaslanan layihələrin reallaşdırılması, AHİK üzvlərinin asudə vaxtının səmərəli təşkili, parallel olaraq onların bilik və bacarıqlarının artırılması kimi fəaliyyətlər gözə gəlir. Təkcə AHİK deyil, eləcə də ona tabeli qurumlar da artıq bir neçə ildir ki, fəaliyyətlərini məhz bu strategiya əsasında qurublar. Necə ki, son bir neçə ildə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqlarında da eyni fəaliyyət istiqamətlərini müşahidə ediirk.

Bu bir danılmaz faktdır ki, mədəniyyət hər bir xalqın mənəvi dünyasının, tarixi yaddaşının və milli kimliyinin əsas dayaqlarından biridir. Onu qorumaq, mühafizə etmək, gələcək nəsillərə çatdırmaq da bu sahədə çalışan insanların müqəddəs borcudur. Bu baxımdan deyə bilərik ki, xalqın zəngin mənəvi irsinin, mədəni müxtəlifliyinin qorunması, inkişaf etdirilməsi və bu irsin gələcək nəsillərə ötürülməsi mədəniyyət sahəsində çalışan insanların böyük zəhməti hesabına başa gəlir. Bu fəaliyyətlərin daha səmərəli və nəticəli olması üçünsə heç şübhəsiz ki, mədəniyyət sahəsində çalışanların hüquqlarının müdafiəsi, onların sosial rifah halının yaxşılaşdırılması, eləcə də əmək şəraitinin daha da təkmilləşdirilməsi vacib amillərdən biridir. Bütün bu fəaliyyətləri isə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları özündə cəmləşdirir və bunlar həmkarlar ittifaqlarının mühüm fəaliyyət istiqamətlərindən biridir.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqlarının həyatında yeni mərhələ və uğurlu fəaliyyət
Mədəniyyət hər bir xalqın mənəvi sərvətinin, tarixi yaddaşının və milli kimliyinin ən mühüm göstəricilərindən biridir. Bu dəyərlərin qorunması və inkişaf etdirilməsi isə mədəniyyət sahəsində çalışan insanların fədakar fəaliyyəti sayəsində mümkün olur. Məhz bu səbəbdən mədəniyyət işçilərinin hüquqlarının müdafiəsi, sosial rifahının yaxşılaşdırılması və əmək şəraitinin təkmilləşdirilməsi böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə mühüm rol oynayan qurumlardan biri də Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqıdır.

Mübaliğəsiz şəkildə deyə bilərik ki, son illər bu təşkilatın fəaliyyətində yeni və dinamik bir mərhələ müşahidə olunur. Həmkarlar ittifaqının fəaliyyətinin genişlənməsi, həyata keçirilən sosial layihələrin artması və mədəniyyət işçilərinin problemlərinin həllində daha fəal iştirak edilməsi təşkilatın inkişafını aydın şəkildə göstərir. Onu da qeyd etmək yerinə düşər ki, əldə olunan bu uğurların əsas səbəblərindən biri təşkilatın rəhbərliyinin məqsədyönlü və səmərəli fəaliyyətidir. Sadaladığımız uğurlu fəaliyyətlərin arxasında heç şübhəsiz ki, Səbinə Məmmədovanın rəhbərliyi dayanır. Son illərdə müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, Səbinə Məmmədovanın bir-birindən maraqlı təşəbbüsləri, mədəniyyət işçilərinin həm asudə vaxtının səmərəli təşkili, həm də onların hüquqlarının ən yüksək səviyyədə qorunması istiqamətində atdığı addımlar, eyni zamanda xanım Məmmədovanın idarəetmə bacarığı nəticəsində həmkarlar ittifaqının fəaliyyəti daha da güclənib, təşkilatın nüfuzu artıb. Ən əsası müntəzəm olaraq həyata keçirilən bu kimi tədbirlər nəticəsində mədəniyyət işçiləri ilə iş daha sistemli şəkildə qurulub.

Xanım sədrin rəhbərliyi altında həyata keçirilən tədbirlər mədəniyyət işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin operativ şəkildə həllinə və əmək şəraitinin yaxşılaşdırılmasında da öz müsbət təsirini göstərir. Təkcə son bir neçə ay ərzində keçirilən tədbirlərə diqqət etsək görərik ki, Həmkarlar İttifaqı tərəfindən mədəniyyət müəssisələrində çalışan əməkdaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində bir sıra mühüm layihələr həyata keçirilib. Ehtiyac yarandığı təqdirdə maddi yardımların göstərilməsi, sağlamlıq və istirahət proqramlarının təşkili, sanatoriya və istirahət mərkəzlərinə göndərişlərin verilməsi bu istiqamətdə görülən işlər sırasındadır. Həyata keçirilən bu kimi tədbirlər təkcə mədəniyyət işçilərinin sosial təminatını yaxşılaşdırmır, eyni zamanda onlarda stimul yaradır, əməyə motivasiyasını da gücləndirir.

Mədəniyyət işçilərinin sosial rifahının yüksəldilməsi həmkarlar ittifaqlarının prioritet məsələlərindən biridir. Bu istiqamətdə müxtəlif sosial layihələr həyata keçirilir, üzvlərə maddi və mənəvi dəstək göstərilir. Apardığımız müşahidələr əsasında deyə bilərik ki, bu müsbət tendensiyadan yararlananların sayı və əhatə dairəsi geniuşlənməkdədir. Burada da həm ümumilikdə AHİK-in, həm də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının yeni rəhbərliyinin əməyi, uğurlu iş mexanizmi xüusi qeyd edilməlidir.

Müxtəlif səbəblərdən sosial yardıma ehtiyacı olan işçilərə maddi yardım göstərilməsi, onların sağlamlığının qorunması məqsədilə sanatoriya və istirahət mərkəzlərinə göndərişlərin təşkili, həmçinin bayram və əlamətdar günlər münasibətilə müxtəlif tədbirlərin keçirilməsi bu fəaliyyətin əsas istiqamətlərindəndir. Bu tədbirlər mədəniyyət işçilərinin sosial təminatını yaxşılaşdırmaqla yanaşı, kollektivlərdə həmrəylik və birlik ruhunu da möhkəmləndirir.

Mədəniyyət işçilərinin peşəkar inkişafı da diqqət mərkəzində saxlanılır. Müxtəlif seminarlar, təlimlər və görüşlər təşkil olunaraq mədəniyyət müəssisələrində çalışanların bilik və bacarıqlarının artırılmasına dəstək verilir. Bu cür tədbirlər işçilərin yeni biliklər əldə etməsinə, təcrübə mübadiləsi aparmasına və müasir mədəniyyət idarəçiliyi prinsiplərini mənimsəməsinə imkan yaradır.

Süleyman İsmayılbəyli
Seçilən
65
1
newscenter.az

2Mənbələr