AZ

Tramp: Neft qiymətlərini azaltmaq üçün bəzi sanksiyaları ləğv edirik

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdə artan gərginlik fonunda enerji qiymətlərinin yüksəlməsi ilə bağlı açıqlama verərək bəzi neft sanksiyalarının ləğv ediləcəyini bildirib.

Banco.az xəbər verir ki, Tramp Mayamidə keçirdiyi mətbuat konfransında İranla bağlı vəziyyətə toxunaraq bildirib ki, enerji və neft tədarükünün qlobal səviyyədə qorunması ABŞ üçün prioritetdir. Onun sözlərinə görə, Hörmüz boğazında gəmi nəqliyyatının dayanması dünya bazarına ciddi təsir göstərə bilər.

Tramp qeyd edib ki, ABŞ “terrorçu rejimin” qlobal enerji təchizatını girov götürməsinə imkan verməyəcək: “Əgər İran bunu etməyə çalışarsa, daha sərt cavabla qarşılaşacaq”.

ABŞ prezidenti bildirib ki, uzunmüddətli perspektivdə İran gəmiləri, dronları, raketləri və nüvə təhdidi olmadan qlobal neft tədarükünün daha təhlükəsiz olacağı gözlənilir. O, həmçinin Hörmüz boğazının açıq və təhlükəsiz qalacağını vurğulayaraq bunun nəticəsində Amerika ailələri üçün neft və qaz qiymətlərinin aşağı düşəcəyini deyib.

O  əlavə edib ki, boğazda gəmiçilikdə yaranan fasilələr yalnız ABŞ-a deyil, Çin də daxil olmaqla bir çox ölkəyə təsir edir. ABŞ-ın enerji ehtiyatlarının kifayət qədər olduğunu deyən prezident Venesuelanın da yeni tərəfdaş kimi böyük neft və qaz mənbəyi olduğunu bildirib. Onun sözlərinə görə, Venesueladan indiyədək 100 milyon barel neft hasil edilib və daha 100 milyon barel hasilat planlaşdırılır.

Tramp bəzi ölkələrə qarşı tətbiq olunan sanksiyaları xatırladaraq qeyd edib: “Qiymətləri aşağı salmaq üçün neftlə bağlı bəzi sanksiyaları qaldırırıq. Hörmüz boğazı açılana qədər bu addımı atacağıq”.

Digər tərəfdən, Scott Bessent qlobal neft tədarükünü qorumaq məqsədilə Hindistan neft emalı zavodlarına Rusiya neftini almağa icazə verən 30 günlük müvəqqəti güzəşt tətbiq edildiyini açıqlayıb. ABŞ maliyyə naziri bildirib ki, dünya bazarında enerji təchizatının sabitliyi üçün Rusiya neftinə qarşı bəzi sanksiyaların yumşaldılması da nəzərdən keçirilə bilər.

Seçilən
34
1
banco.az

2Mənbələr