AZ

Qrizmann və Lyorente final sevincini 10 min avroluq şərabla qeyd ediblər - FOTO

İspaniyanın “Atletiko” klubunun futbolçuları Antuan Qrizmann və Markos Lyorente "Barselona"ya qələbə çalaraq İspaniya Kubokunun finalına yüksəlməyi bahalı şərabla qeyd ediblər.

İdman.Biz “Marca” nəşrinə istinadən xəbər verir ki, futbolçular həyat yoldaşlarını İspaniyanın ən yaxşı restoranlarından birinə dəvət edərək dəbdəbəli nahar təşkil ediblər.

Məlumatda qeyd olunur ki, menyuda dəniz kirpiləri, ilanbalığı, ançouslar yer alıb. Bundan başqa, bu restoranın məşhur olduğu ribay steyki də süfrəyə gətirilib.

Maraqlıdır ki, futbolçular nahar zamanı Fransanın məşhur içki istehsalçısı Anri Jayenin 2001-ci ildə buraxdığı bahalı şərabı da sifariş ediblər.

Bu içki son dərəcə bahalı hesab olunur. Bir şüşəsinin qiyməti 10 min avro (19 min manat) qiymətləndirilir. Mənbə yazır ki, dünyada bu şərabdan cəmi təxminən 3 500 şüşə istehsal olunub.

İdman.Biz
Seçilən
33
1
idman.biz

2Mənbələr