AZ

Paytaxtda ictimai iaşə dövriyyəsinin həcmi 10 % artıb

Bu ilin yanvar ayında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 117,7 milyon manat olub.

Bu barədə "Far.Az"a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2025-ci ilin ilk ayı ilə müqayisədə real ifadədə 10 % çoxdur.

Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 91,8 milyon manat olub. Bu, ümumi dövriyyənin 77,9 %-ini təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,6 % artaraq 219,2 milyon manat olub.

Seçilən
93
4
far.az

7Mənbələr