AZ

“Neftçi” üzərində qələbə “Turan Tovuz” üçün əlamətdar oldu

“Turan Tovuz” Premyer Liqada 50-ci qələbəsini qazanıb.

İdman.Biz Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qərb təmsilçisinin yubileyi Azərbaycan Premyer Liqasının 23-cü turuna təsadüf edib.

Tovuz klubu səfərdə “Neftçi”yə qalib gəlib - 1:0.

50-ci qələbə 131-ci matçda əldə olunub. “Turan Tovuz” evdə 26, səfərdə 24 dəfə üç xala sevinib. Qərblilər turnirin tarixində ən azı 50 qələbə qazanan 26-cı komanda olub.

Qeyd edək ki, 2022/2023 mövsümündən Premyer Liqada çıxış edən “Turan Tovuz” ilk qələbəsini 2022-ci il avqustun 13-də “Səbail”lə səfər matçında əldə edib - 1:0.

İdman.Biz
Seçilən
47
13
idman.biz

10Mənbələr